Ankarada atışma - Video

14:28 - 18 İyul 2016 - DÜNYA

Türkiyədə Ankarada məhkəmə binasının qarşısında atışma olub. Qafqazinfo” Türkiyə KİV-ə istinadən xəbər verir ki, çevrilişə cəhdə görə həbs edilən generallar məhkəməyə gətirilən zaman bir nəfər şəxs atəş açıb. Məlum olub ki, həmin şəxs hərbçidir. Bildirilir ki, atəş açan hərbçi polislər tərəfindən zərərsizləşdirilib. Ölən və xəsarət alanlar haqqında isə hələlik məlumat yoxdur.

Aysel Kərimova

 

Xəbər xətti