Qripə qarşı TƏBİİ MÜALİCƏVİ DƏRMAN

12:26 - 18 İyul 2016 - MARAQLI

Nəinki soyuq havalarda, hətta yayın qızmar istilərində qripə yoluxmaq qaçılmazdır. Qripin ilk simptomlarını hiss edən zaman dərhal türkəçarə üsullara əl atırıq. Aile.lent.az qripə qarşı alternativ təbii yol təqdim edir.  Sizə təqdim edəcəyimiz bu qarışımla soyuqdəymə və qripə qalib gələ bilərsiniz.

 

Ərzaqlar:

 

Yarım stəkan əzilmiş zəncəfil

Yarım stəkan rəndələnmiş qara turp

Yarım stəkan sarıkök

Yarım stəkan doğranmış ağ soğan

¼ stəkan əzilmiş sarımsaq

2 dənə doğranmış acı bibər

2 limonun suyu və qabığı

Alma sirkəsi

Bal

 

Hazırlanma qaydası:

 

Zəncəfil, turp, soğan, sarımsaq, bibər və limonu bir qaba tökün. Qabın ¾-ü dolanadək alma sirkəsi tökün. Ağzını bağlayıb qaranlıq otaqda 2-4 həftə saxlayın. Ən yaxşı nəticəni 1 ayda ala bilərsiniz. Bu müddət dolandan sonra qarışımı götürün, tərəvəzləri süzün və üzərinə bal töküb yeyin. 

Xəbər xətti