Ərdoğanın qaldığı otelə basqın edənlərin rütbəsi belə söküldü...

16:34 - 16 İyul 2016 - Xəbər

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Marmarisdə qaldığı otelə silahlı basqın edən qiyamçı əsgərlərdən 7-si yaxalanıb.Lent.az-ın cnnturk-ə istinadən məlumatına görə, yaxalananlar İzmirə gətirilib. Saxlanılan əsgərlər arasında Skorsky helikopterini sürən pilot polkovnik Murat Dağlı da var. Onlar saxlanan kimi rütbələri sökülüb.Bu əsgərləri İzmir 2-ci qırıcı təyyarə bazasına aparıblar. Bu yüksək rütbəli 7 hərbiçi əvvəlcə, sağlıq yoxlamasından keçirilib. Sonra isə Terrorla Mübarizə Şöbəsinə aparılıb.
Yaxalanan hərbiçilərdən yaralı olan dəniz kapitanı Haldun Gülmez isə polis nəzarətində  Çiğli Dövlət Xəstəxanasına yerləşdirilib.

Xəbər xətti