Almaniya XİN Türkiyədəki hadisələri pisləyir

Almaniya Xarici İşlər Nazirliyi Türkiyədə son hadisələrdən narahatdır və ölkədə demokratik quruluşu dəyişdirməyə yönəlik istənilən cəhdi pisləyir.Trend-in RİA Novosti-yə istinadən verdiyi məlumata görə, bunu Almaniyanın xarici işlər naziri Frank-Valter Ştaynmayer deyib.O, bütün tərəfləri Türkiyədə demokratik institutlara və konstitusiya quruluşuna hörmət etməyə çağırıb.

Qeyd edək ki, ötən gecə Türkiyədə hərbi çevrilişə cəhd olub. Hadisə nəticəsində ümumilikdə 265 nəfər həlak olub. Onlardan 161 nəfəri hərbi çevrilişə cəhdin qarşısı alınarkən həlak olub, ölənlərdən 104-ü isə qiyamçı hərbçidir, 1500-dən çox yaralı var. Hərbi çevrilişə cəhdə görə saxlanılanların sayı 2839 nəfərə çatıb. Türkiyədə hakimiyyətə təslim olan hərbçilərin sayının isə 700 nəfər olduğu bildirilir.

Tarix
16 İyul 2016 [15:23]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-07-16 15:23:46
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Yayda istirahətə harada üstünlük verirsiz?
 Azərbaycanda
 Xarici ölkədə
 İstirahət etmirəm
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin