Gömrükdə 10 400 ədəd siqaret aşkar edilib

16:25 - 15 İyul 2016 - Xəbər

Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” Gömrük Postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi minik avtomobilinə tütün məmulatlarının axtarışı üzrə təlim keçmiş “Belıy” ləqəbli xidməti itin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, yoxlama zamanı avtomobilin döşəməsinin sağ və sol tərəf kənarlarında olan boşluqlardan gömrük nəzarətindən gizlədilən 10 400 ədəd siqaret aşkar edilərək götürülüb.

 Faktla bağlı araşdırma aparılır.


Xəbər xətti