"Qarabağ"ın 5 potensial rəqibi müəyyənləşdi

13:15 - 15 İyul 2016 - İDMAN

Bu gün İsveçrənin Nyon şəhərində Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkü atılacaq.Qol.az-ın məlumatına görə, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq tədbirdə "Qarabağ" - "Düdelanj" (Lüksümburq) cütünün rəqibi də müəyyənləşəcək.
Bu cütlük püşk zamanı səpələnməmişlər səbətində yer alacaq.
UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin püşkatma mərasimi üçün komandaları 2 qrupa bölüb. "Qarabağ" - "Düdelanj" (Lüksemburq) cütünün potensial rəqibləri siyahısını 5-ə endirib. 

Qeyd edək ki, növbəti mərhələyə "Qarabağ"ın keçmək şansı yüksək qiymətləndirilir. Ağdam təmsilçisi evdəki ilk oyunda 2:0 hesabı ilə qalib gəlib.

 

"Qarabağ"ın 5 potensial rəqibi:

"Viktoriya" Plzen (Çexiya)
"Zalsburq" (Avstriya) - "Liepaya" (Latviya) cütünün qalibi
BATE Borisov (Belarus) - SJK (Finlandiya) cütünün qalibi
"Ludoqorets" (Bolqarıstan) - "Mladost" (Monteneqro) cütünün qalibi
"Kopenhagen" (Danimarka) - "Kruzaders" (Şimali İrlandiya) cütünün qalibi

Qeyd edək ki, III təsnifat mərhələsinin oyunları 26/27 iyul və 2/3 avqust tarixlərində keçiriləcək. 

Xəbər xətti