Konstitusiya Məhkəməsinin kollektivi Fəxri xiyabanı ziyarət edib

12:34 - 14 İyul 2016 - Xəbər

Azərbaycan Konstitusiya Məhkəməsi yaradılmasının 18-ci ildönümü münasibətilə məhkəmənin rəhbərliyi və kollektivi bu gün Fəxri xiyabanı ziyarət edib. "Report"un xəbərinə görə, məhkəmənin kollektivi ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə əklil və gül dəstələri qoyublar.Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi ehtiramla anılıb, məzarı üzərinə tər çiçəklər düzülüb.

Qeyd edək ki, Azərbaycan Konstitusiya Məhkəməsi 1998-ci il iyulun 14-də fəaliyyətə başlayıb.

Xəbər xətti