Avro-2016: UEFA ən yaxşı qolu açıqladı-VİDEO

16:19 - 13 İyul 2016 - İDMAN

 UEFA 2016-cı il Avropa çempionatının ən yaxşı qolunu açıqlayıb. Bu, Macarıstan yığmasının futbolçusu Zoltan Geronun Portuqaliya ilə qrup mərhələsində vurduğu qoldur.

3-cü tura təsadüf edən görüşdə Gero cərimə meydançası xaticində topu sinəsi ilə qəbul etdikdən sonra birbaşa tora göndərib. Bununla da hər iki komandanın qol şousu başlanıb. Macarıstan hesabda 3 dəfə önə çıxsa da, Portuqaliya hər dəfə bərabərlik qolunu vurub. Görüşün 3:3 hesablı nəticəsi hər iki komandanı növbəti mərhələyə çıxarıb.
Qeyd edək ki, AVRO-2016-nın qalibi Portuqaliya olub. Macarıstan isə 1/8 finalda Belçikaya 0:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.report 

Xəbər xətti