Ucnoqta.az
www.ucnoqta.az

Avro-2016: <font color=red><b> UEFA ən yaxşı qolu açıqladı-VİDEO</b></font>

16:19 - 13 İyul 2016 tarixində dərc olunub.

 UEFA 2016-cı il Avropa çempionatının ən yaxşı qolunu açıqlayıb. Bu, Macarıstan yığmasının futbolçusu Zoltan Geronun Portuqaliya ilə qrup mərhələsində vurduğu qoldur.

3-cü tura təsadüf edən görüşdə Gero cərimə meydançası xaticində topu sinəsi ilə qəbul etdikdən sonra birbaşa tora göndərib. Bununla da hər iki komandanın qol şousu başlanıb. Macarıstan hesabda 3 dəfə önə çıxsa da, Portuqaliya hər dəfə bərabərlik qolunu vurub. Görüşün 3:3 hesablı nəticəsi hər iki komandanı növbəti mərhələyə çıxarıb.
Qeyd edək ki, AVRO-2016-nın qalibi Portuqaliya olub. Macarıstan isə 1/8 finalda Belçikaya 0:4 hesabı ilə uduzaraq, mübarizəni dayandırıb.report 

Müəllif: Ucnoqta.az