Zavoddan oğurluq etmək istəyən şəxslər tutuldu

14:51 - 13 İyul 2016 - HADİSƏ

İyulun 11-də “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun balansında olan ərazidən dəmir boru oğurlamağa cəhd göstərmiş şəxslər tutulub. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Sumqayıt ŞPİ 2-ci PB əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyulun 11-də “Azərkimya” İB-nin “Etilen-Polietilen” zavodunun balansında olan ərazidən 154 metr dəmir borunu hissələrə bölüb oğurlamağa cəhd göstərmiş Bərdə rayon sakini Firdovsi İsayev, Bakı şəhər sakini Bəhrəm Cəfərov və Sumqayıt şəhər sakini Ərəstun Yusifov yaxalanıblar.
 Araşdırma aparılır.

Xəbər xətti