Prezident İlham Əliyev italiyalı həmkarına və baş nazirə başsağlığı verib

 Azərbaycan Prezidenti İlham Əliyev qatar qəzasına görə italiyalı həmkarı Sercio Mattarellaya və baş naziri Matteo Renziyə bağsağlığı verib. "Report" xəbər verir ki, Azərbaycan Prezidentinin İtaliyanın dövlət başçısına göndərdiyi başsağlığı məktubunda deyilir: 

"Hörmətli cənab Prezident,
Ölkənizin cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çoxsaylı insan tələfatı xəbəri məni olduqca kədərləndirdi.
Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün İtaliya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını arzulayıram".
Prezident İlham Əliyevin baş naziri Matteo Renziyə ünvanladığı məktubda isə bildirilib: 
"Hörmətli cənab baş nazir, 
İtaliyanın cənubunda sərnişin qatarlarının qəzaya uğraması nəticəsində çox sayda insanın tələf olması və xəsarət alması xəbəri məni son dərəcə kədərləndirdi.
Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına Azərbaycan xalqı adından və şəxsən öz adımdan dərin hüznlə başsağlığı verir, yaralananların və xəsarət alanların tezliklə sağalmasını arzulayıram".

Tarix
13 İyul 2016 [14:20]
Müəllif
Üç nöqtə
Digər xəbərlər
2016-07-13 14:20:52
Xəbər xətti
Foto
Video
Çox oxunanlar
Sorğu
Qışa hazırsınız?
 bəli
 xeyr
KİV
Virtual Qarabağ

Ən son xəbərləri səhifəmizdən də izləyin