Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün vaxtı açıqlanıb

11:10 - 13 İyul 2016 - Xəbər

 Azərbaycan, Rusiya və İran prezidentlərinin görüşünün avqustun 8-də Bakıda keçirilməsi planlaşdırılır."Report" TASS-a istinadən xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini İbrahim Rəhimpur bildirib.

Xatırladaq ki, dünən Rusiya xarici işlər naziri Sergey Lavrov Bakıya səfəri zamanı üç ölkə prezidentinin görüşünə hazırlıq görüldüyü faktını təsdiqləmiş və bu görüşün yaxın zamanlarda baş tutacağını açıqlamışdı.

Xəbər xətti