Xədicə İsmayılova apellyasiya şikayəti verib

14:59 - 12 İyul 2016 - Xəbər

Jurnalist Xədicə İsmayılova ölkədən çıxışının qadağan edilməsinə dair Binəqədi rayon Məhkəməsinin qərarından apellyasiya şikayəti verib.APA-nın xəbərinə görə, bu barədə X. İsmayılova özünün “Facebook” səhifəsində yazıb.
Qeyd edək ki, X. İsmayılova Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmünə əsasən, 7 il 5 ay müddətində azadlıqdan məhrum edilib. Ali Məhkəmə kassasiya şikayəti verən X. İsmayılovanın cəzasının 3 il 6 ay müddətinə şərti cəza ilə əvəzlənməsinə dair qərar qəbul edib və o, azadlığa buraxılıb. Ona ittiham olunduğu Cinayət Məcəlləsinin 179 və 308-ci maddələri üzrə bəraət verilib.

Xəbər xətti