"Azərbaycan Türkiyə və Rusiya arasındakı münasibətlərdə yaxınlaşmanı alqışlayır"

11:50 - 12 İyul 2016 - SİYASƏT

"Azərbaycanda Türkiyə və Rusiya arasında münasibətlərdəki yaxınlaşmaya görə sevinirlər".
"Report" xəbər verir ki, bunu Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bakıda səfərdə olan Rusiya XİN başçısı Sergey Lavrovla birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Türkiyə və Rusiya arasındakı münasibətlərin normallaşması da S.Lavrovla danışıqlarda müzakirə mövzusu olub.
"Biz bu addımı alqışlayırıq və bu hadisəyə görə şadıq", - deyə E.Məmmədyarov bildirib.
Öz növbəsində, S.Lavrov Azərbaycan-Rusiya münasibətlərinin hansısa xarici konyukturadan asılı olmadığını bəyan edib: "Regionda nə qədər az problem olarsa, Rusiya və Azərbaycan üçün bir o qədər yaxşı olar".
Eyni zamanda, o əlavə edib ki, münasibətlərin normallaşması Rusiya və Türkiyənin müxtəlif yanaşmalarının olduğu Suriya məsələsində də anlaşılmazlığı azaltmağa kömək edəcək.

Xəbər xətti