Səbailli məktəblilər Qusara istirahətə göndərildi –FOTO

17:58 - 11 İyul 2016 - Cəmiyyət

Yeniyetmə və gənclərin yay istirahətinin təşkili ilə bağlı Səbail rayon İcra Hakimiyyəti tərəfindən təşkil olunan tədbirlər çərçivəsində ənənəvi layihə  həyata keçirilib. Gənclərin sağlam böyüməsi, onların idmana olan marağının artırılması, hərbi-vətənpərvərlik tərbiyəsinin möhkəmləndirilməsi məqsədi ilə Səbail Rayon İcra Hakimiyyəti və Müdafiə Nazirliyi tərəfindən rayonunun təhsildə və idmanda fərqlənən, xüsusi istedadlı yeniyetmələri,  həmçinin Müdafiə Nazirliyinin ön cəbhə xəttində xidmət edən zabitlərinin övladlarının 180 nəfərdən çox qrupu üçün Qusar şəhərində yerləşən «N» saylı hərbi hissədə «Gənc Heydərçilər» hərbi-vətənpərvərlik təmayüllü yay düşərgəsi yaradılıb. Bu münasibətlə Səbail rayon rəhbərliyi, Müdafiə Nazirliyinin məsul nümayəndələri, düşərgəyə yollanan yeniyetmələr, onların valideynləri, rayondakı orta məktəblərin direktorları, hərbiçilər, rayon ictimaiyyətinin nümayəndələrinin iştirakı ilə «Sahil bağı»nda  yola salınma mərasimi keçirilib.

Tədbir Müdafiə Nazirliyinin hərbi orkestri tərəfindən Dövlət Himninin  ifası ilə başlanıb.
Yolasalma mərasimində çıxış edən Səbail rayon İcra Hakimiyyətinin başçısı Eldar Əzizov ölkə başçısı İlham Əliyevin yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunması istiqamətində gördüyü işlərdən, yeniyetmələrə olan diqqət və qayğıdan, bu istiqamətdə Səbail rayonunda görülən işlər və həyata keçirilən layihələrdən danışıb. Qeyd edib ki, bu layihə artıq ənənəvi xarakter daşıyır. Onun faliyyəti üçün təşkilatçılar tərəfindən hər cür şərait yaradılmışdır. Bütün bunlar Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulmuş və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilən yeniyetmə və gənclərimizin sağlam böyüməsi, gənc nəslin vətənə məhəbbət, Azərbaycan dövlətçiliyinə sədaqət ruhunda tərbiyə olunmasına yönəldilmiş siyasətin bir hissəsidir.
Qeyd olunub ki, düşərgəyə yollanacaq  məktəblilər öz təhsilləri, ictimai işlərdə fəallıqları, idman və digər sahələrdə fərqləndikləri üçün seçiliblər. Onlar bu istirahət düşərgəsində oxuduqları məktəb kollektivlərini layiqincə təmsil etməlidirlər.
Tədbirdə çıxış edən Müdafiə Nazirlyinin İdarə rəisi, general-mayor Rasim Əliyev bildirib ki, tədbirin əsas məqsədlərindən biri gələcək əsgərlərimizin hərbiçilərlə yaxından təmasda olmaq, əsgərlərin gündəlik həyatı və hərbi hissədəki şəraitlə, ordumuzun silah və texnikası ilə yaxından tanışlıq və məktəblilərin gələcək hərbi xidmətə daha yaxşı hazırlaşmasına, onlarda hərbiçi peşəsinə olan marağın artırılmasına şərait yaratmiqdan ibarətdir. Hərbi hissədə xüsusi olaraq ayrılmış kazarmada təşkilatçılar tərəfindən yeniyetmələrin istrahəti  üçün hər cür şərait yaradılıb.
Düşərgədə uşaqların təlim-tərbiyə işləri ilə rayonun orta məktəblərində çalışan idman və ibtidai-hərbi hazırlıq müəllimləri və həmçinin hərbi hissənin zabitləri, çavuş  və  əsgərlərindən ibarət qrup məşğul olacaq, hərbiçilər hərbi-hazırlıq, təlim-tərbiyə işlərində onlar yaxından iştirak edəcəklər.
Düşərgənin hərbi-vətənpərvərlik təmayüllü olması nəzərə alınaraq uşaqlar üçün xüsusi geyim və forma, lazımi idman ləvazimatları alınmış, Müdafiə Nazirliyinin  Qusar şəhərindəki «N» saylı hərbi hissəsi tərəfindən bütün hazırlıq işləri görülüb. Düşərgədə yeniyetmələr gündə 4 dəfə yüksək kalorili yeməklə, təzə meyvə və tərəvəz, süd məhsulları ilə təmin olunacaq, istirahət dövründə onlar üçün bir neçə dəfə  təbiət qoynunda nahar təşkil olunacaq, onlar hərbi hissənin döyüş texnikası və silahları ilə tanış olacaqlar.
Düşərgədə istirahət edən yeniyetmələrin həmçinin Qusar rayonunun görməli yerlərinə, mədəniyyət abidələrinə ekskursiyaları təşkil olunacaq ki, bu da məktəblilərin respublikamızın regionları ilə yaxından tanış olmalarına böyük kömək olacaq.
Müdafiə Nazirliynin orkestrinin marş sədaları altında yeniyetmələr valideynləri ilə görüşüb avtobuslara əyləşərək Qusar rayonuna yola düşüblər.
Yola düşməzdən əvvəl «Gənc Heydərçilər» Ulu öndər Heydər Əliyevin abidəsini ziyarət edərək abidə önünə çiçək dəstələri düzüblər.

Elmin

Xəbər xətti