“Qarabağ”da ciddi itki

12:01 - 10 İyul 2016 - İDMAN

Ağdamın "Qarabağ" klubu ciddi itki ilə üzləşib. idmanxeber.com-un xəbərinə görə, “köhlən atlar”ın aparıcı üzvü Reynaldo zədələnərək sıradan çıxıb.
Braziliyalı futbolçu komandanın məşqində zədələnib. "Sambaçı" hətta komandanın son məşqini də buraxmaq məcburiyyətində qalıb.
Qeyd edək ki, "Qarabağ" iyunun 12-də Çempionlar Liqaıs matçında Lüksemburq "Dudelanj"ı ilə qarşılaşacaq və Reynaldonun bu matçda oynayıb-oynamayacağı sual altındadı.

Xəbər xətti