PKK liderlərindən biri məhv edilib

11:52 - 10 İyul 2016 - Xəbər

PKK (Kürd Fəhlə Partiyası) terror təşkilatının liderlərindən biri həlak olub. Trend-in “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, PKK liderlərindən biri, Bahoz Erdal kimi tanınan Fehman Hüseyn Suriyanın Kamışlı şəhərində avtomobilin partlaması nəticəsində ölüb. Məlumata əsasən, içində F.Hüseynin də olduğu maşın ötən gün müxalif qüvvələr tərəfindən partladılıb.Terrorçu liderlə yanaşı, ən azı 8 nəfərin öldüyü deyilir.
Qeyd edək ki, F.Hüseyn Türkiyədə ən təhlükəli terrorçulardan biri kimi axtarışda olub.

Xəbər xətti