MN: Erməni silahlı bölmələri atəşkəsi pozub

09:12 - 9 İyul 2016 - Xəbər

Erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində sutka ərzində atəşkəs rejimini ümumilikdə 12 dəfə pozub.
 Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Ermənistan Respublikası Noyemberyan rayonunun Barekamavan və İcevan rayonunun Vazaşen kəndlərində yerləşən mövqelərdən Qazax rayonunun Qaymaqlı və Bala Cəfərli kəndlərində yerləşən mövqelərimiz atəşə tutulub.
Füzuli rayonunun Horadiz, Qaraxanbəyli kəndləri yaxınlığında və adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Xəbər xətti