Varşavada NATO sammitinin rəsmi açılış mərasimi keçirilib

18:18 - 8 İyul 2016 - Xəbər

 Polşanın paytaxtı Varşavada NATO sammitinin rəsmi açılış mərasimi keçirilib. "Report" xəbər verir ki, sammitin işində NATO baş katibi Yens Stoltenberq, Polşa prezidenti Andjey Duda, NATO-nun üzvü və tərəfdaşı olan ölkələrin dövlət və hökumət başçıları, o cümlədən Azərbaycan Prezidenti İlham Əliyev iştirak edir.

Mərasimi giriş nitqi ilə açan Y.Stoltenberq sammiti zamanı iştirakçıların Alyansın təhlükəsizliyini necə artıra və müasir çağırışlara cavab verə biləcəyini müzakirə edəcəyini deyib.
Sammit işini iyulun 9-da başa vuracaq.

Xəbər xətti