Şəmkirdə 17 yaşlı oğlan göldə batıb

11:09 - 8 İyul 2016 - HADİSƏ

Bu gün səhər saatlarında Şəmkirdə bədbəxt hadisə baş verib.FHN-nin mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinə, Şəmkir rayonu, Qasım İsmayılov kəndində 1 nəfərin göldə çimərkən batması barədə məlumat daxil olub.
 Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri dərhal hadisə yerinə cəlb olunublar. Göldə batan 1999-cü il təvəllüdlü İsmayılov Mikayıl Eyvaz oğlunun cəsədi batdığı yerdən 7 metr aralıda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Əməliyyat saat 08:25-də başa çatıb. 

Xəbər xətti