NATO-ya üzv ölkələrin liderləri iyulun 8-də Polşanın paytaxtı Varşavada iki günlük sammit üçün bir araya gələcək. "Report" xəbər verir ki, sammit zamanı təşkilat çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, Rusiya ilə münasibətlər, terrorizmə qarşı mübarizə, Gürcüstan və Moldovanın müdafiə imkanlarının gücləndirilməsinə dəstək məsələsi müzakirə ediləcək.
Həmçinin sammitdə Polşa, Estoniya, Latviya və Litvada dörd batalyon yerləşdirilməsinin təsdiq ediləcəyi planlaşdırılır. Bununla Şərqi Avropada raket əleyhinə müdafiə sisteminin növbəti mərhələsi elan olunacaq.
Varşavada keçieiləcək NATO sammitində 18 prezident, 21 hökumət başçısı, 41 xarici işlər naziri və 39 müdafiə nazirinin iştirak edəcəyi gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyev sammitdə iştirak etmək üçün Polşaya işgüzar səfərə gedib.