Qubada oğurluqla məşğul olan mütəşəkkil dəstə saxlanılıb

11:50 - 7 İyul 2016 - HADİSƏ

Qubada məscidin nəzir qutusunu oğurlayan mütəşəkkil dəstə zərərsizləşdirilib. Daxili İşlər Nazirliyinin saytında verilmiş məlumata görə, Quba RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində iyunun 27-də şəhərdə yerləşən məscidin nəzir qutusundan, R.Tahirova məxsus ticarət mərkəzindən, M.Qonaqova və N.Mirzəyevə məxsus mağazalardan pul, məişət əşyaları, tütün məmulatı və ərzaq məhsulları oğurlamaqda şübhəli bilinən şəhər sakinləri İlham Muradov, Nəsir Rzayev, Nicat Muradov, Murad Əşrəfov, Abdulla Abdullayev və Sumqayıt şəhər sakini Murad Allahverdiyev tutulmuşlar.

Xəbər xətti