Üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib: biri ölüb

11:41 - 7 İyul 2016 - HADİSƏ

 Azərbaycanda üç nəfər dərmandan və kimyəvi məhluldan zəhərlənib.  Daxili İşlər Nazirliyinin rəsmi saytında verilmiş məlumata görə, iyulun 5-də Binəqədi rayonunun Fatmayı bağlar sahəsində yaşayan Tariyel Qurbanov dərmandan və spirtli içkidən zəhərlənmə ilə xəstəxanaya gətirilib və orada ölüb.

Anoloji hadisə iyulun 5-də Xəzər rayonunun Binə qəsəbəsində də baş verib. Həmin ərazidə yaşayan Əmiraslan Nəzərov dərmandan, iyulun 6-da Gəncə şəhərində yaşayan azyaşlı Fərid Babazadə kimyəvi məhluldan zəhərlənmə ilə xəstəxanalara gətiriliblər.
Faktlarla bağlı araşdırmalar aparılır.

Xəbər xətti