Təzə Pir məscidində Ramazan bayramı namazı qılınıb

09:24 - 6 İyul 2016 - Xəbər

 Bu gün Bakıda Təzə Pir məscidində Ramazan bayramı qeyd olunub. Məsciddə Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Hacı Allahşükür Paşazadənin iştirakı ilə bayram namazı qılınıb. QMİ sədri bütün müsəlmanları, o cümlədən Azərbaycan xalqını təbrik edib.
Qeyd edək ki, iyunun 7-də başlayan Ramazan ayı başa çatıb.

Xəbər xətti