"ASAN xidmət" iki gün işləməyəcək

14:31 - 5 İyul 2016 - Cəmiyyət

6-7 iyul Ramazan bayramı ilə əlaqədar "ASAN xidmət” mərkəzlərində qeyri-iş günü olacaq.Bu barədə Trend-ə ASAN-dan məlumat verilib.
8 iyul tarixindən etibarən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.
Qeyd edək ki, "ASAN xidmət" mərkəzləri həftənin bazar ertəsi - cümə günləri saat 10:00-dan 20:00-dək, şənbə və bazar günləri isə saat 10:00-dan 17:00-dək (nahar fasiləsi olmadan) fəaliyyət göstərir.

Xəbər xətti