Ərdoğan İlham Əliyevə telefonla zəng edib

11:56 - 5 İyul 2016 - Xəbər

 Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan iyulun 4-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib.
“Report”un məlumatına görə, Türkiyə prezidenti Müqəddəs ramazan bayramı münasibətilə dövlət başçısını təbrik edib, Azərbaycan xalqına firavanlıq arzularını çatdırıb.

Dövlət başçısı göstərilən diqqətə və təbrikə görə, Türkiyə Prezidentinə minnətdarlıq edib, bayram münasibətilə Rəcəb Tayyib Ərdoğana təbriklərini çatdırıb, türk xalqına əmin-amanlıq və tərəqqi arzulayıb.
Dövləti başçıları dostluq və qardaşlıq münasibətlərimizin bütün sahələrdə bundan sonra da uğurla inkişaf edəcəyinə əminlik ifadə ediblər.

Xəbər xətti