Bakıda 18 yaşlı qız dənizdə boğuldu

17:00 - 4 İyul 2016 - HADİSƏ

Xilasedicilər 3 nəfəri xilas edib

Bakıda 18 yaşlı qız dənizdə boğularaq ölüb. FHN-in saytında verilmiş məlumata görə, nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə, Bakı şəhəri, Xəzər rayonunda (ən yaxınlıqdakı xilasetmə məntəqəsindən 200 metr aralı) 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşlardan 2-sinin xilas olunmalarını təmin ediblər. Digər 1998-ci il təvəllüdlü Camalzadə Nərmin Niyaməddin qızının cəsədi çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
 Dövlət Sularda Xilasetmə Xidmətinə həmçinin Abşeron rayonunda (məntəqə ərazisində) 1 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə də məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri vətəndaşı sudan çıxararaq aidiyyati üzrə təhvil veriblər. 

Xəbər xətti