Putinlə Ərdoğan arasında telefon danışığı olub

13:55 - 29 İyun 2016 - DÜNYA

 Rusiya prezidenti Vladimir Putinlə türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub. Bu məlumatı Türkiyə KİV-i yayıb. Rusiya lideri İstanbulun Atatürk hava limanında törədilən terror aktları nəticəsində ölənlərlə bağlı Türkiyə prezidentinə başsağlığı verib, yaralılara şəfa diləyib. V.Putin Rusiya ilə Türkiyə arasında əlaqələrin bərpasında maraqlı olduqlarını vurğulayıb. Türkiyə Prezident Administrasiyası dövlət başçıları arasında müzakirələrin məhsuldar keçdiyini açıqlayıb.  Danışıq barədə Türkiyə və Rusiya prezidentlərinin mətbuat xidmətləri geniş məlumat yayacaq.report

Xəbər xətti