Gömrükdə külli miqdarda qanunsuz siqaret aşkarlandı

14:58 - 28 İyun 2016 - Xəbər

Azərbaycana qanunsuz gətirilən aksiz  markaları olmayan siqaretlər aşkarlanıb.Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Minsk-Bakı aviareysi ilə gələn Azərbaycan Respublikası vətəndaşı baqajlarını götürüb gömrük nəzarətindən keçib zonanı tərk etmək istəyərkən Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları tərəfindən saxlanılaraq “X-ray” intereskoprentgen aparatına yönəldilib.  Gömrük əməkdaşı monitorda siqaretlərə bənzər əşyaların təsvirlərini gördüyündən həmin vətəndaş saxlanılaraq əl yükündə və baqajında gömrüyə mütləq qaydada bəyan ediləsi əşyaların olub-olmaması barədə şifahi sorğu-sual edilib. Gömrükçülərin şübhələrini inkar edən həmin şəxs baqajının içərisindəki malların yoxlanılması üçün müvafiq qanunvericiliyə uyğun olaraq gömrüyün yoxlama otağına dəvət olunub. Yoxlama zamanı vətəndaşa məxsus 2 ədəd əl çantası və 1 ədəd karton qutunun içərisindən əvvəlcədən gömrük nəzarətinə təqdim olunmayan, electron və ya şifahi formada bəyan edilməyən, Azərbaycan Respublikasının aksiz markaları ilə markalanmayan 40 000 ədəd siqaret aşkar olunub.

 
Faktla bağlı araşdırma aparılır. 

Xəbər xətti