Nərimanovda 4 küçə təmir edilir

13:46 - 28 İyun 2016 - Xəbər

 Bakı şəhərinin Nərimanov rayonunda 4 küçədə təmir-bərpa işləri həyata keçirilir. Təmir işləri Arif Heydərov, Vladimir Mayakovski, Əlicabbar Orucəliyev və Çernyavski küçələrində aparılır. "Azəravtoyol" ASC-nin Mətbuat Katibliyindən verilən məlumata görə, aparılan təmir işləri zamanı küçələrin köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək ərazidən daşınır, yolun hərəkət hissəsi hazır vəziyyətə gətirilir və asfaltlanır. Bundan başqa, zəruri olan yerlərdə piyada səkiləri bərpa olunur və yeniləri tikilir, yeni səki daşları düzülür, yeraltı kommunikasiya xətlərinin dəmir-beton plitələri qaldırlaraq, baxış qapaqları yenilənir.

Təmir olunan Arif Heydərov küçəsinin uzunluğu 1 146 metr, eni isə 11,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 14 500 kv. metr, səkilərdə isə 5 200 kv. metr ərazinin asfaltlanması, 3 300 poqon metr yeni səki daşının düzülməsi, 42 ədəd kanalizasiya qapaqlarının dəyişdirilməsi və 53 ədəd kanalizasiya quyu qapaqlarının layihə hündürlüyünə qaldırılması nəzərdə tutulub.
V.Mayakovski küçəsinin uzunluğu 746 metr, eni isə 12,5 metrdir. Küçədə aparılan işlər çərçivəsində yolun hərəkət hissəsində 9 630 kv. metr, səkilərdə isə 4 050 kv. metr ərazinin asfaltlanması, 3 200 ppqon metr yeni səki daşının düzülməsi və 25 ədəd kanalizasiya qapaqlarının dəyişdirilməsi işləri aparılır.
Təmir işlərinin aparıldığı daha bir küçə Ə.Orucəliyev küçəsidir. Bu küçənin uzunluğu 325 metr, eni isə 11,2 metrdir. Burda təmir işləri zamanı ümumilikdə 4 700 kv. metr ərazi asfaltlanır, 760 poqon metr yeni səki daşı düzülür və 16 ədəd kanalizasiya qapağı dəyişdirilir.
Çernyavski küçəsinin təmir olunan hissəsi Ağa Nemətulla və Hidayətzadə küçələri arasında yerləşir. Uzunluğu 390 metr, eni isə 15,9 metrdir. Burda həm yolun hərəkət hissəsində, həm də səkilərdə 8 200 kv. metr ərazidə asfaltlanma işləri aparılacaq, küçə boyu 350 poqon metr səki daşı yenilənəcək və 16 ədəd kommunikasiya quyularının dəmir-beton plitələri qaldırılaraq baxış qapaqları yenisi ilə dəyişdiriləcək.
Bütün işlərin qısa müddət ərzində yekunlaşdırılması planlaşdırılır.


Xəbər xətti