Spiker deputata: “Mən sənin qabiliyyətini gördüm, çox belə səviyyəsiz”

12:32 - 24 İyun 2016 - SİYASƏT

 Milli Məclisin bu gün keçirilən iclasında spiker Oqtay Əsədovla millət vəkili Zahid Oruc arasında münasibətlər həddindən artıq gərgin səviyyəyə yüksəlib. “Qafqazinfo” xəbər verir ki, buna səbəb millət vəkili Zahid Orucun Böyük Britaniyanın Avropa Birliyindən çıxması ilə bağlı referenduma münasibət bildiriməsi olub. O bildirib ki Avropa İttifaqının dağıldığı bir vaxtda “tax free “ sisteminə keçmək düzgün deyil, ehtiyatlı olmaq lazımdır”.Bundan sonra spiker O. Əsədovla millət vəkili arasında gərgin dialoq yaşanıb.“Sən danışdın, mən qulaq asdım, indi qoy mən izah edim, sən qulaq as. Bununla Azərbaycanda ticarət dövriyyəsi artacaq. Turizm inkişaf edəcək. “Tax free”nin bura nə aidiyyəti var? Mən dedim ki, imkan verməyəcəm danışmağa, amma sən sözünü kəsdin. Sən gündəlikdən danış. Hər dəfə temadan kənar danışırsan. Qulaq as, özünü qabiliyyətli apar. Danışdın, səni də başa saldım. Başa düşmürsənsə, öz işindi. Sən artıq həddini aşırsan, özünü aparmağı bacarmırsan. Yerindən danışma. Bundan sonra səni yazılmağa da qoymayacam. Özünü aparmaq qabiliyyətin yoxdur. Mən sənin qabiliyyətini gördüm, çox belə səviyyəsiz”.
Z. Oruc isə yerindən danışmaq hüququ olduğunu və kimsənin bu haqqı onun əlindən almaq səlahiyyəti olmadığını qeyd edib.

Xəbər xətti