Avro-2016: Türkiyə üçün son şans

13:20 - 21 İyun 2016 - İDMAN

"Avro-2016"da qrup mərhələsinin III turunun oyunları davam edir.Qol.az-ın məlumatına görə, bu gün D qrupunda iki oyun keçiriləcək.
Turnirə olduqca uğursuz başlayan Türkiyə millisi bu gün son matçına çıxacaq. Fatih Terimin komandası son turda Çexiya ilə üz-üzə gələcək. "Ay ulduzlular" 1/8 finala çıxmaq şanslarını saxlamaq üçün bu görüşdən mütləq qalib ayrılmalıdır. Əks təqdirdə Türkiyə millisi turnirdə mübarizəni dayandıracaq.
Qrupun digər görüşündə Xorvatiya son Avropa çempionu İspaniya ilə münasibətlərinə aydınlıq gətirəcək. Qrup lideri olan ispanları bu matçda heç-heçə də qane edəcək. Xorvatlar isə qrup birinciliyinə yüksəlmək üçün mütləq İspaniyanı məğlub etməlidir.
Qeyd edək ki, hər iki oyunun start fiti Bakı vaxtı ilə saat 23:00-da veriləcək.

D qrupu

23:00. Çexiya – Türkiyə
Baş hakim: Villaim kollum (Şotlandiya)
Yan xətt hakimləri: Damien Makqreyt (İrlandiya), Fransis Konnor (Şotlandiya)
Əlavə köməkçi hakimlər: Bobbi Maden, Con Biton (hər ikisi Şotlandiya)
Dördüncü hakim: Sergey Lapoçkin (Rusiya)
Lans. "Bollart-Delelis" stadionu.

23:00. Xorvatiya - İspaniya 
Baş hakim: Byörn Kuypers
Yan xətt hakimləri: Sander van Roekel və Ervin Zeinstra 
Əlavə köməkçi hakimlər: Pol van Boekel (hamısı Hollandiya)
Dördüncü hakim: Viktor Kaşşai (Macarıstan)
Bordo. "Bordo" stadionu.

Xəbər xətti