Azərbaycanda yayın başlama vaxtı AÇIQLANDI

17:00 - 13 İyun 2016 - ÖLKƏ İÇİ

 AMEA Şamaxı Astrofizika Rəsədxanası Azərbaycan ərazisində 2016-cı il üçün fəsillərin başlanma vaxtını açıqlayıb. 
AMEA-dan verilən məlumata görə, 20 mart Bakı vaxtı ilə saat 08:30-dan ölkəmizə qədəm qoyan yaz fəsli 21 iyun saat 02:34-dən etibarən yay fəsli ilə əvəz olunacaq.
Rəsədxananın məlumatına əsasən payız 22 sentyabr saat 18:21-də, qış isə 21 dekabr saat 14:44-də gələcək.

Xəbər xətti