PKK-dan növbəti hücum: 2 şəhid, 4 yaralı

11:25 - 11 İyun 2016 - DÜNYA

Türkiyənin Hakkari vilayətində "Tekeli" hərbi bazasına  PKK terrorçularının etdiyi hücum nəticəsində 2 əsgər şəhid olub, 4-ü yaralanıb. APA-nın “Anadolu” agentliyinə istinadən verdiyi xəbərə görə, yaralı əsgərlər helikopterlərlə xəstəxanaya göndərilib.
Bölgədə terrorçuların zərərsizləşdirilməsi istiqamətində əməliyyatlar davam edir.

Xəbər xətti