Türkiyədə polis idarəsinə hücum: 2 polis həlak olub, 20-dən çox adam yaralanıb

13:48 - 8 İyun 2016 - DÜNYA

Türkiyənin Mardin vilayətinin Midyat Rayon Polis İdarəsinə minalanmış avtomobillə hücum olub. 
"Report" Türkiyə KİV-inə istinadən xəbər verir ki, hadisə yerində terrorçularla təhlükəsizlik qüvvələri arasında silahlı qarşıdurma da baş verib. Partlayış nəticəsində polis binasına ciddi ziyan dəyib.
Nəticədə 2 polis həlak olub, 20-dən çox adam yaralanıb


 

Xəbər xətti