Bu tarixdə IV və VI siniflər üzrə monitorinq keçiriləcək - FOTO

11:12 - 2 İyun 2026 - Cəmiyyət

Mil-Muğan Regional Təhsil İdarəsində 5 iyun tarixində IV siniflər, 6 iyun tarixində isə VI siniflər üzrə keçiriləcək monitorinqlərə hazırlıq çərçivəsində monitorinq mərkəzlərinin rəhbərləri ilə geniş tərkibli görüş təşkil olunub.

Ucnoqta.az xəbər verir ki, görüşdə Mil-Muğan Regional Təhsil İdarəsinin müdiri Bəhruz Nəbili, Tədrisin keyfiyyəti sektorunun müdiri Cavid Məmmədli, həmçinin Beyləqan, İmişli, Saatlı və Sabirabad rayonları üzrə təhsil sektorlarının müdirləri və monitorinq mərkəzlərinin rəhbərləri iştirak ediblər.

Tədbirin əsas məqsədi monitorinqlərin təşkili ilə bağlı görülən hazırlıq işlərini müzakirə etmək, prosesin vahid yanaşma əsasında həyata keçirilməsini təmin etmək və monitorinq mərkəzlərinin rəhbərlərinə qarşıda duran vəzifələrlə bağlı müvafiq tövsiyələri çatdırmaq olub.

Görüş zamanı monitorinqlərin keçirilmə qaydaları, təşkilati məsələlər, iştirakçıların yerləşdirilməsi, təhlükəsizlik tədbirləri, sənədləşmə işləri və nəticələrin operativ şəkildə emalı ilə bağlı mühüm məqamlara toxunulub. Eyni zamanda, monitorinq prosesinin obyektiv, şəffaf və səmərəli şəkildə həyata keçirilməsinin vacibliyi vurğulanaraq mərkəz rəhbərlərinin məsuliyyəti diqqətə çatdırılıb.

Çıxış edənlər monitorinqlərin təhsil sistemində keyfiyyətin qiymətləndirilməsi baxımından mühüm əhəmiyyət daşıdığını bildiriblər. Qeyd olunub ki, əldə ediləcək nəticələr şagirdlərin təlim nailiyyətlərinin mövcud vəziyyətini müəyyən etməyə, onların müvafiq təhsil standartları üzrə bilik və bacarıqlarının formalaşma səviyyəsini qiymətləndirməyə imkan verəcək. Bununla yanaşı, nəticələr əsasında tədris prosesinin təkmilləşdirilməsi, mövcud çatışmazlıqların müəyyənləşdirilməsi və təhsilin keyfiyyətinin daha da yüksəldilməsi istiqamətində məqsədyönlü tədbirlərin həyata keçirilməsi mümkün olacaq.

Görüş çərçivəsində iştirakçıları maraqlandıran suallar cavablandırılıb, monitorinq günlərində qarşıya çıxa biləcək halların idarə olunması ilə bağlı fikir mübadiləsi aparılıb. 


Xəbər xətti