Ədliyyə Nazirliyinin kollektivi Ulu Öndərin məzarını ziyarət edib

15:52 - 10 May 2026 - Cəmiyyət

Bu gün müstəqil Azərbaycan dövlətinin banisi, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür.

Ədliyyə Nazirliyindən Ucnoqta.az-a verilən xəbərə görə, bununla əlaqədar Ədliyyə naziri Fərid Əhmədov və Nazirliyin kollektivi Fəxri xiyabana gələrək Ulu Öndərin məzarını ziyarət edib. Ziyarətçilər Ümummilli Liderin məzarı önünə gül dəstələri qoyub, xatirəsini dərin ehtiramla yad ediblər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da məzarı ziyarət edilib, üzərinə güllər düzülüb.

Daha sonra Nazirliyin inzibati binasında Ümummilli Liderin büstü önünə tər güllər qoyulub, xatirəsi ehtiramla anılıb.


Xəbər xətti