ABŞ Mərkəzi Komandanlığının rəhbəri admiral Bred Kuper 30 apreldə ABŞ prezidenti Donald Tramp üçün İrana qarşı hərbi əməliyyatların bərpası üçün yeni potensial ssenarilər barədə xüsusi brifinq keçirəcək.
Ucnoqta.az xəbər verir ki, bu barədə Axios öz mənbələrinə istinadən məlumat verib.
"Bu brifinq Trampın danışıqlardakı mövcud çıxılmaz vəziyyəti aradan qaldırmaq və ya müharibə bitməzdən əvvəl son zərbəni vurmaq üçün genişmiqyaslı döyüş əməliyyatlarını bərpa etməyi ciddi şəkildə düşündüyünü göstərir", - deyə məlumatda qeyd olunub.
Axios mənbələrinə görə, Pentaqon dialoqdakı çıxılmaz vəziyyəti aradan qaldırmaq ümidi ilə İrana qarşı "qısa və güclü" zərbələr dalğası üçün plan hazırlayıb. Məlumata görə, bir sıra hücumlardan sonra ABŞ İran rəhbərliyinə "danışıqlar masasına qayıtmaq və daha çox çeviklik göstərmək" üçün təzyiq göstərməyə ümid edir.