Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) OPEC və OPEC+-dan çıxdıqdan sonra neft hasilatını artırmayacaq.
Ucnoqta.az xəbər verir ki, bu barədə BƏƏ-nin Energetika və İnfrastruktur naziri Süheyl Əl-Məzrui CNBC-də bildirib.
"Bu qərar istehsalı artırmaq üçün verilməyib. Bu, bütün istehsalçılar üçün vaxtında verilən siyasi qərardır. Sabah hasilatı artıracağıqmı? Xeyr", - deyə o bildirib.
Əl-Məzrui əlavə edib ki, BƏƏ məsuliyyətli istehsalçı olaraq qalacaq.