Ağdaş rayonunda 68 yaşlı kişi kafedə ölüb.
Ucnoqta.az xəbər verir ki, hadisə rayonun Ləki qəsəbəsi ərazisindəki kafedə baş verib.
Qəsəbə sakini, 1958-ci il təvəllüdlü Rəfael Əzizov kafedə spirtli içki qəbul edəndən sonra qəfil halı pisləşib. O, xəstəxanaya aparılarkən yolda dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.