Kamikadze dronları üçün milyardlarla avro dəyərində müqavilə imzalandı

17:00 - 22 Aprel 2026 - Xəbər

Almaniyanın aparıcı müdafiə şirkəti "Rheinmetall" Bundesver (Almaniya Silahlı Qüvvələri) ilə FV-014 kamikadze dronlarının tədarükü üçün müqavilə imzalayıb.

Ucnoqta.az bidlirir ki, şirkətin mətbuat xidməti bu barədə məlumat verib. Onlar 2027-ci ilin birinci yarısında xidmətə başlayacaqlar.

Müqavilə çərşənbə günü Koblenzdə imzalanıb. Dəqiq dəyərinin açıqlanmayıb, lakin bir neçə milyard avro olacağı gözlənilir. Müqavilənin ilk tranşının 300 milyon avro olacağı gözlənilir.

Çərçivə müqaviləsində eyni tipli on minlərlə əlavə dron sifariş etmək imkanı da nəzərdə tutulub. Sifariş edilən dronların ümumi sayı dəqiqləşdirilməyib.

Şirkətin məlumatına görə, FV-014 100 km-ə qədər mənzilə malikdir və 4 kq-lıq döyüş başlığı ilə təchiz olunub. Pilotsuz uçuş aparatları eyni vaxtda hədəfləri izləyərkən 70 dəqiqə uça bilir.

Xəbər xətti