Naxçıvanda qəza olub, xəsarət alanlar var

21:11 - 10 Aprel 2026 - HADİSƏ

Naxçıvanda dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Ucnoqta.az xəbər verir ki, hadisə Babək rayonu Araz kəndi yaxınlığında qeydə alınıb. 67-BN-063 dövlət nömrə nişanlı "Mercedes" markalı avtomobillə 67-BM-165 dövlət nömrə nişanlı "NAZ-Lifan" markalı avtomobil toqquşub. Qəza nəticəsində 1983-cü il təvəllüdlü Nazim Salmanov, 1977-ci il təvəllüdlü Aminə Ələkbərova, 1963-cü il təvəllüdlü Hikmət Muradov və 1970-ci il təvəllüdlü Zülfünaz Fərzəliyeva müxtəlif dərəcəli bədən xəsarətləri alıblar.

Onlar Naxçıvan Muxtar Respublika Xəstəxanasına yerləşdiriliblər. Hadisə yerinə polis əməkdaşları cəlb olunub, faktla bağlı araşdırma aparılır.

Xəbər xətti