Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ilk dəfə 15 apreldə Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviçlə, 16 apreldə isə ABŞ-a səfərindən sonra NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.
Ucnoqta.az bildirir ki, bu barədə Avropa Komissiyasının sözçüsü Paula Pinyo Brüsseldə keçirilən brifinqdə məlumat verib.
O bildirib ki, Avropa Komissiyasının prezidenti çərşənbə günü Avropa Müttəfiq Qüvvələrinin Ali Komandanı Aleksus Qrinkeviçlə, ardınca cümə axşamı NATO-nun baş katibi Mark Rutte ilə görüşəcək.
Pinyo qeyd edib ki, bu görüşlərə İran, İsrail və ABŞ arasındakı münaqişə kontekstində baxmaq lazımdır və Rutte fon der Llyayenə 8-12 aprel tarixlərində ABŞ-da keçirdiyi görüşlər, o cümlədən ABŞ prezidenti Donald Trampla görüşləri barədə məlumat verəcək. Görüşlər zamanı ABŞ prezidenti NATO-dan narazılığını bildirib.