İran gəmilərin təhlükəsiz keçidi üçün Hörmüz boğazının açılmasını təmin etməyə hazırdır, lakin bunun üçün ABŞ-ın Yaxın Şərqdəki təcavüzünə son qoyulmalıdır.
Ucnoqta.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə BBC-yə bildirib.
"Biz təhlükəsiz keçid üçün təhlükəsizliyi təmin edəcəyik və bu, ABŞ-ın bu təcavüzünə faktiki olaraq son qoymasından sonra baş verəcək", - deyə o bildirib.