Ucnoqta.az
www.ucnoqta.az

İran Hörmüz boğazının açılması üçün şərti açıqladı

16:05 - 9 Aprel 2026 tarixində dərc olunub.

İran gəmilərin təhlükəsiz keçidi üçün Hörmüz boğazının açılmasını təmin etməyə hazırdır, lakin bunun üçün ABŞ-ın Yaxın Şərqdəki təcavüzünə son qoyulmalıdır.

Ucnoqta.az xəbər verir ki, bu barədə İran xarici işlər nazirinin müavini Səid Xətibzadə BBC-yə bildirib.

"Biz təhlükəsiz keçid üçün təhlükəsizliyi təmin edəcəyik və bu, ABŞ-ın bu təcavüzünə faktiki olaraq son qoymasından sonra baş verəcək", - deyə o bildirib.

Müəllif: Ucnoqta.az redaksiyası