Əməliyyat tezliklə başa çatacaq - Vens

16:27 - 7 Aprel 2026 - DÜNYA

ABŞ İrandakı hərbi məqsədlərinə əsasən nail olub.

Ucnoqta.az xəbər verir ki, Amerika Birləşmiş Ştatlarının Vitse-prezidenti Cey. Di. Vens Budapeştdə keçirilən mətbuat konfransında bildirib.

“Amerika Birləşmiş Ştatları hərbi məqsədlərinə əsasən nail olub. Hələ də etmək istədiyimiz bəzi şeylər var, məsələn, İranın silah istehsal etmək qabiliyyəti üzərində bir az daha hərbi cəhətdən işləmək. Lakin ABŞ-nin hərbi məqsədlərinə əsasən nail olunub. Bu o deməkdir ki, prezidentin dediyi kimi, bu müharibə çox tezliklə başa çatacaq”, - deyə Vens qeyd edib.

Xəbər xətti