Rusiya Ordusunun itkiləri açıqlanıb

09:27 - 30 Mart 2026 - DÜNYA

Son 24 saat ərzində Ukrayna Müdafiə Qüvvələri 870 rus işğalçısını öldürüb və yaralayıb.

Ucnoqta.az xəbər verir ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı düşmən itkiləri barədə məlumat verib. Bildirilir ki, bununla da düşmənin müharibədəki ümumi itkiləri 1.296.700-ə çatıb.

24 fevral 2022-ci ildən 30 mart 2027-ci ilə qədər düşmənin ümumi döyüş itkiləri aşağıdakı kimi qiymətləndirilib:
şəxsi heyət - təxminən 1.296.700 (+870);
tanklar - 11.824 (+4);
zirehli döyüş maşınları - 24.317 (+4);
artilleriya sistemləri - 39.049 (+48);
MLRS - 1.708 (+1);
hava hücumundan müdafiə sistemləri - 1.337 (+0);
Helikopterlər - 350 (+0) ədəd;
Əməliyyat-taktiki səviyyəli PUA-lar - 206.531 (+2.471) ədəd;
Qanadlı raketlər - 4.491 (+0) ədəd;
Avtomobil nəqliyyat vasitələri və tankerlər - 86.160 (+183) ədəd;
İxtisaslaşdırılmış avadanlıqlar - 4.105 (+0) ədəd.

Xəbər xətti