İsrailin Livana hücumlarında 1238 nəfər ölüb

21:49 - 29 Mart 2026 - DÜNYA

Son 24 saat ərzində İsrailin Livanın cənub və şərqində hava hücumlarında ən azı 49 nəfər həlak olub, daha 116 nəfər yaralanıb.

Ucnoqta.az xəbər verir ki, bu Livan Səhiyyə Nazirliyinin hesabatında qeyd edilib.

Bildirilir ki, ölənlərdən 10 nəfəri Mülki Müdafiə Xidmətinin paramedikləri və xilasetmə işçiləridir.

Hesabatda deyilir ki, hərbi eskalasiyanın başlanğıcından bəri həlak olan mülki şəxslərin ümumi sayı 1238-ə, yaralılar isə 3500-ə çatıb. Martın 2-dən bəri İsrail hücumlarının qurbanı 1027 kişi, 124 uşaq və 87 qadın olub.

Xəbər xətti