Region Liqasında "Biləsuvar" "Ağsu City"yə darmadağınla qalib gəldi

20:44 - 29 Mart 2026 - İDMAN

Bu gün Region Liqasının 1/8 final mərhələsinin cavab qarşılaşmaları keçirilib.

Ucnoqta.az xəbər verir ki, “ASK Arena”da "Biləsuvar" və "Ağsu City" komandaları qarşılaşıb. Oyun 5:2 hesabı ilə "Biləsuvar" klubunun qələbəsi ilə yekunlaşıb.

Xatırladaq ki, komandalar arasında keçirilən ilk matç da biləsuvarlıların 3:0 qələbəsi ilə yekunlaşmışdı. Rəqibini ümumi hesabla 8:2 məğlub edən "Biləsuvar" komandası 1/4 finala vəsiqə qazanıb.

Qeyd edək ki, "Biləsuvar" komandasının 1/4 finalda rəqibi Qusarın "Samur" klubu olacaq.

Xəbər xətti