Qubada 3 kiloqram narkotik vasitə aşkarlanıb

13:57 - 10 Mart 2026 - Xəbər

Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhkum olunmuş 28 yaşlı Samir İslamov saxlanılıb.

Ucnoqta.az xəbər verir ki, onun üzərinə və yaşadığı evə baxış zamanı ümumi çəkisi 3 kiloqram 260 qram marixuana aşkarlanaraq götürülüb.

Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə S.İslamovun barəsində həbs qətimkan tədbiri seçilib.

Xəbər xətti